Harun Yahya
 

 

 
.....:::::::::: Makaleler ::::::::::.....
Harun Yahya

BİRLİK OLMAQ TÜRK-İSLAM DÜNYASINA BÖYÜK GÜC QAZANDIRACAQ

Müsəlmanlar arasındakı qarşıdurma və ya dağılma onları mənəvi cəhətdən gücdən salır. Bu, Allah'ın Quran'da iman gətirənlərə bildirdiyi sirlərdən biridir və bununla vacib bir həqiqətə də diqqət çəkilir. Ayrılıqlar və qarşıdurmalar müsəlmanları mənəvi cəhətdən necə gücdən salırsa, birlik və həmrəylik də müsəlmanlara o qədər güc qazandırar. Allah Quran'da iman gətirənlərin “haqqlarının tapdanması” halında buna birləşərək mane olmalarını buyurmuşdur.
   
Və o kəslər üçün ki, onlar zülmə məruz qaldıqda birlik olub mane olarlar. (Şura surəsi, 39)

Bu, iman gətirənlərə İlahi əmrdir və bir çox hikməti vardır. İnkarçı ideologiyaların fikrən yox edilməsi də yalnız müsəlmanların birləşməsi ilə mümkündür.

Ancaq, əlbəttə, unutmaq olmaz ki, iman gətirənlərin birliyini güclü edən əslində onların imanları və ixlasıdır. Əsl dostluq və birlik ancaq səmimi imanla qurulur. Möminlər bir-birlərini heç bir mənfəət güdmədən təmiz niyyətlə və sadəcə Allah rizası üçün sevir, Allah rizası üçün dost olur və Allah rizası üçün birləşirlər. Dünyadakı ən sağlam mənbəyə, Allah sevgisinə və Allah qorxusuna əsaslanan bu birliyin pozulması, dağılaraq süqut etməsi Allah'ın istəyi olmadan heç cür mümkün deyil. Bu cür sağlam əsaslı birlik müsəlmanlara xüsusi güc qazandıracaq. Rəbbimiz "... Neçə dəfə olub ki, az bir dəstə Allah'ın iznilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir" (Bəqərə surəsi, 249) ayəsində uğur əldə etmək üçün sayca çox olmağın əhəmiyyəti olmadığına işarə edir. Müsəlmanların iman və ixlas üzərində qurduqları birlik onlara çox böyük uğurlar əldə etmələrini təmin edən şövq və iradə qazandıracaqdır.

Səmimiyyət üzərində, təmiz niyyətlə qurulmamış birliklər nə qədər həmrəy görünsələr də, əslində dağınıq haldadırlar. Çünki onların birlikləri bir növ mənfəət birliyidir və mənfəətlərinə zərər toxunduqda bu cür birlik dərhal dağılır. Müsəlmanlar Allah'ın Quran'da bildirdiyi bu sirdən agahdırlar. Müsəlmanların birliyi, dünyəvi itkilərdən sarsılmaz, əksinə, daha da güclənir. Bu ruh və şüur müsəlman ittifaqını daha da gücləndirir. Böyük İslam alimi Said Nursi də müsəlmanların ixlas və səmimiyyətlə quracaqları birliklə nə qədər böyük qüvvət qazanacaqlarını bu misalla ifadə etmişdir:

Əlbəttə, dörd nəfərdən min yüz on bir mənəvi qüvvət verən ixlas sirrini qazanmaq ilə həmrəyliyə və həqiqətə inanmağa möhtacıq və məcburuq. Bəli, üç əlif birləşməzsə, üç qiyməti var. Rəqəmlərin sirri ilə birləşsə, yüz on bir edər. Dörd dəfə dörd ayrı-ayrı olsa da, on altı qiyməti edər. Əgər qardaşlıq sirri, birlik qayəsi və birləşmə vəzifəsi ilə üst-üstə düşərək bir xətt üzərində çiyin-çiyinə olsalar, onda dörd min dörd yüz qırx dörd qüvvətində və dəyərində olduğu kimi həqiqi ixlas sirri ilə on altı fədakar qardaşın dəyər və mənəvi qüvvətinin dörd mindən keçməsinə bir çox tarixi hadisə şahidlik edir.

Bu sirrin sirri budur ki, həqiqi, səmimi birlikdə hər bir fərd digər qardaşların gözü ilə də baxa və qulaqları ilə eşidə bilir. On nəfər həqiqi birləşmiş adamın hər biri iyirmi gözlə baxır, on ağılla düşünür, iyirmi qulaqla eşidir, iyirmi əllə işləyir və mənəvi qiyməti və qüvvətləri var.



28 Ekim 2009

Harun Yahya - Makaleler Makaleler listesi için tıklayın
Lütfen Bu Eser İçin Yorumlarınızı Belirtiniz
Post To MySpace! Share To FriendFeed  
   
   


 Bu Eser Türü ile İlişkili Diğer Dillerdeki Eserler
ISLAM AKAN MENGUASAI DUNIA KETIKA NABI ISA (AS) DAN IMAM MAHDI (AS) BERSATU (Indonesia) 
Sayın Adnan Oktar 33. dereceden Masonlarla canlı yayında biraraya geldi (Türkçe) 
Kurtarıcısını bekleyen Kafkaslar ve Orta Asya (Türkçe) 
Irak Türkmenlerinin umudu Türkiye (Türkçe) 
The Qur’an commands us to show affection and compassion to devout Jews and Christians (English) 
Those who ignore the hundreds of portents of the coming of Hazrat Mahdi (as) will never believe even if they see Hazrat Mahdi (as) accompanied by angels (English) 

.....:::::::::: BU ESER İLE İLİŞKİLİ DİĞER TÜRLER ::::::::::.....
 İlanlar
İki dövlət bir millət kimi Azərbaycan – Türkiyə birləşsin!  
.....:::::::::: ESERİN KATEGORİSİ İLE İLİŞKİLİ DİĞER ESERLER ::::::::::.....
ATEİST İDEOLOGİYANIN YAYILMASI DÜNYA TARİXINDƏ ƏN ŞİDDƏTLİ HALINI AXIR ZAMANDA GÖSTƏRƏCƏK BÖYÜK VƏLİ İSMAYIL HAQQI BURSƏVİ HƏZRƏTLƏRİ, HZ. MEHDİ (Ə.S.) ZAMANINDAKİ ŞIDDƏTLİ MÜHİTİ VƏ MEHDİ (Ə.S.)IN DƏRİN ELMİNİ İZAH EDİR.
DƏCCALIN QURDUĞU TƏLƏLƏR DƏ ALLAHIN İCAZƏSİLƏDİR DƏCCAL SİSTEMİ, İSA MƏSİH (Ə.S.)İN VƏ HZ. MEHDİ (Ə.S.)İN ZÜHURU ÜÇÜN XÜSUSİ OLARAQ YARADLMIŞDIR
Hz. İSA DÜNYAYA QAYIDACAQ 'HZ. İSA ÖLDÜ' DEYƏNLƏR BÖYÜK BİR YANILQI İÇİNDƏDİRLƏR
HZ. MEHDİ (A.S.)-IN ZÜHURUNUN, HZ. İSA (A.S.)-IN İSƏ NÜZULUNUN GÖZLƏNDİYİ AXIR ZAMANDA DÖVLƏT ADAMLARINDA ALLAHA VƏ DİNƏ YÖNƏLMƏ ARTMIŞDIR HZ. MEHDİ NECƏ TANINACAQ?
HZ.MEHDİNİN (A.S.) 30 NƏFƏRLİK BIR İŞÇİ QRUPU OLACAQ Hz. MEHDİ (ə.s.) DÖVRÜNDƏ ƏDALƏT
HZ. MUSA (Ə.S.) HEKAYƏSİNDƏN AXIR ZAMANA İŞARƏLƏR HƏZRƏTİ MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ
İSLAM ƏXLAQININ DÜNYA HAKİMİYYƏTİNƏ İŞARƏ EDƏN QURAN AYƏLƏRİ MEHDİ (Ə.S.) ZÜHUR ETDİYİNDƏ BÜTÜN TƏRİQƏTLƏR ONA BEYƏT EDƏCƏKLƏR. ÇÜNKİ MEHDİ (Ə.S.) BÜTÜN İSLAM ALƏMİNİN MÜRŞİDİDİR.
QARŞIDURMA MƏNTİQİNİN SƏBƏBİ VƏ BARIŞA NECƏ ÇEVRİLƏCƏYİ RƏDDİN ARDINDAN QƏBUL
YAŞADIĞIMIZ DÖVR KEÇMİŞ QÖVMLƏRİN AZĞINLIQLARININ BÜTÜNLÜKLƏ BAŞ VERDİYİ AXIRZAMANDIR  
 
 
 
 
  BookGlobal.Net